Bu gün banklar həracdan 1 dolları 1,5118 manata alıblar.
Bu barədə "Marja"ya bank sektorundan bildirilib. Axşam saatlarda Mərkəzi Bankın açıqlayacağı rəsmi USD/AZN məzənnəsinin 1,5118 ətrafında olacağı gözlənilir.
Xəbər verdiyimiz kimi, Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 19,9 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satılmışdır.
Hərracda tələb təklifdən az olduğundan sabah USD/AZN məzənəsinin düşəcəyi gözlənilir.
Qeyd edək ki, bu gün USD/AZN məzənəsi 1.5167 manata bərabərdir.


Şərhlər