Menu

Həmsədrlər Qarabağla bağlı hesabat təqdim edəcəklər

20.04.2016, 10:12
Həmsədrlər Qarabağla bağlı hesabat təqdim edəcəklər

ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 20-də Berlində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər.

Oxu.az-ın məlumatına görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

“Aprelin 20-də Minsk Qrupunun həmsədrləri ATƏT-in Berlin ofisində Dağlıq Qarabağ münaqişəsi zonasında hazırkı vəziyyət və davam edən hərbi fəaliyyət barədə hesabat təqdim edəcəklər”, - deyə Uorlik qeyd edib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi hazırda ATƏT-də sədrlik edən Almaniya ilə keçiriləcək danışıqlarda müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol