Menu

Rusiyanın xeyrinə qərar çıxdı

20.04.2016, 13:47

131220165805-russia-putin--khodorkovsky-split-story-topNiderland məhkəməsi Rusiyanın, Yukos neft şirkətinin keçmiş səhmdarlarına 50 milyard dollar ödəməli olması barədə qərarı ləğv edib. Yəni məhkəmə Rusiyanın xeyrinə qərar çıxarıb.

Aprelin 20-də məhkəmə bildirib ki, Rusiya Yukos-un keçmiş səhmdarlarına ödəniş etməli deyil.

Haaqada mənzillənən Daimi Arbitrasiya Məhkəməsi 2014-cü ildə qərar çıxarmışdı ki, Moskva 2003-cü ildə Yukos-u ələ keçirməkdən və rəhbəri, sonradan Kremlin tənqidçisinə çevrilmiş Mikhail Khodorkovsky-ni susdurmaqdan ötrü vergi iddialarından yararlanıb. Rusiya bu məhkəmənin Yukos-la bağlı qərarvermə səlahiyyətində olmadığını bildirib qərarı icra etmirdi.

Keçmiş səhmdarlar kompensasiya uğrunda mübarizəni davam etdirəcəklərini bildiriblər.  /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol