AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, qonşu ölkədə aparılmış sorğunun nəticələrinə görə, əhalinin 40 faizi hesab edir ki, hakimiyyət xalq qarşısında öz öhdəliklərini yerinə yetirmir. Rəyi soruşulanların 18 faizi bunun əksini iddia edir. Bu barədə «Levada Mərkəz» xəbər verir (Exo Moskvı).
Bununla bərabər, respondentlərin 49 faizi hesab edir ki, ölkə əhalisi dövlət qarşısında öz vəzifələrini böyük hesabla və ya hətta tam həcmdə yerinə yetirir.
Rəyi soruşulanların hər 5 nəfərindən biri hesab edir ki, hakimiyyəti xalqa xidmət göstərməyə məcbur etmək lazımdır.
Sorğuya cəlb olunmuş əhalinin 17 faizi isə bu qənaətdədir ki, indiki durumda dövlətə kömək etmək və hətta bu istiqamətdə nələri isə qurban vermək gərəkdir.
AzPolitika.info


Şərhlər