Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfi, (Mərkəzi küçə) yaşayış massivi sakinləri adından Bayram Bayramov adlı şəxs "AzPolitika.info"ya şikayət məktubu göndərib. Həmin məktubu qısa ixtisar və zəruru redaktə ilə dərc edirik:
"Biz, hazırda inşa olunmaqda olan, "Yeni Şuşa" qəsəbəsindən keçən Maştağa-Zabrat yolunun yenilənməsilə bağlı aparılan asfaltlama işlərini çox yüksək dəyərləndirdik.
Sevindik ki, nəhayət, 16 il yaşadığımız qəsəbənin heç olmasa mərkəzi hissəsindən keçən bu yol da genişlənəcək. Və qəsəbəmizin 29 məhəllədaxili yolunun heç olmasa birinin asfaltlanması mümkün olacaq.
Amma işin gedişatından məlum olur ki, "Azəryolservis" ASC-yə məxsus yol-tikinti şirkəti gözümüzün qabağında işləri çox yarıtmaz görməklə məşğuldur. Əgər buna asfaltlama demək mümkünsə. Dövlət büdcəsindən ayrılan pulları belə göyə sovurmaq kimə lazımdır?

Müvafiq dövlət orqanlarından xahiş edirik ki, biz sakinlərin 2012-2013 və indiki müraciətlərinə yenidən baxılması və hüquqi qiymət verilməsi üçün göstəriş verəsiniz".
***

Konkret şikyətlə bağlı isə qeyd etdi ki, həmin yol ilk dədfə 2006-cı ildə asvfatlanıb. Həmin vaxtlar isə paytaxt və ətraf qəsəbələrin asfaltlama işlərini “Azəryolservis” ASC həyata keçirməyib. Yalnız 2007-ci ildən sonra paytaxt və ətraf qəsəbələrin asfaltlama işləri “Azəryolservis” ASC-yə, yəni indiki “Azəravtoyol” a verilib.
A.Nəcəfllinin sözlərinə görə, Maştağa-Zabrat yolunun yenilənməsilə bağlı aparılan asfaltlama işlərinin "Yeni Şuşa" qəsəbəsindən keçməsi də məhz “Azəravtoyol” ASC-nin təşəbbüsü olub : "Qəsəbədə asfaltlama işləri digər yerlərdə olduğu kimi çox yüksək səviyyədə aparılır. Hələlik, həmin ərazidə yola asfaltlın yalnız birinci qatı vurulub. Yaxı zamanlarda ikinci qat da vurulacaq və yol yüksək keyfiyyətdə təhvil veriləcək."
AzPolitika.info


Şərhlər