Menu

Bakıda tuneldə maşın aşdı - FOTO

20.04.2016, 22:13
Bakıda tuneldə maşın aşdı - FOTO

Bakıda tuneldə yol qəzası olub. Musavat.com-un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, Abdulvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektini birləşdirən tuneldə baş verib.

Tunellə yüksək sürətlə hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil tunelin divarına çırpılıb, daha sonra isə aşıb.

Hazırda tuneldə böyük tıxac əmələ gəlib. Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol