Menu

“Donbasda vəziyyət gərginləşib” - ATƏT

20.04.2016, 22:49
“Donbasda vəziyyət gərginləşib” - ATƏT

Donbasda atəşkəs rejiminin pozulması halları kəskin artıb.APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.

“İşçi qrupunun əlaqələndiricisi atəşkəs rejiminin pozulması hallarının kəskin artdığına görə narahatlığını ifadə edib. Xüsusən aprelin 6-dan sonra. Sutka ərzində 5 000-dək atəşkəs rejiminin pozulması halları qeydə alınıb, bu çox qorxuludur. Atışma zamanı əvvəl təmas xəttindən geri çəkilən ağır silahlar, artilleriya və minaatanlardan istifadə olunub.”, deyə M.Saydik bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol