Menu

Hava soyuyacaq, yağış yağacaq, şimşək çaxacaq - Proqnoz

21.04.2016, 12:20

hava aprel yagis gun yasilSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 22-də paytaxt və yarımadada güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 15 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol