Bu gün İranda parlament seçkiləri üçün seçkiqabağı kampaniyaya start verilib.Musavat.com xəbər verir ki, kampaniya bir həftə ərzində davam edəcək. Aprelin 29-na təyin olunan ikinci turda seçicilər 290 yerdən 69 deputatın taleyini həll etməlidir. Söhbət ilk turda 25 faizdən az səs toplayan namizədlərin mandatından gedir.
Bu dəfə seçkilərdə 136 namizəd iştirak edir. Seçki dairələrinin sayı isə 55-dir. İranın mərkəzi seçki komitəsinin başçısı Məhəmməd Hüseyn Mühümi bildirib ki, bu seçkilər üçün 19 milyon seçki büllüteni çap olunub. Nazirin sözlərinə görə, 15 min 350 seçki qutusu ölkənin 21 əyalətinə göndəriləcək.


Şərhlər