Menu

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

22.04.2016, 12:05

yagis-kuley-rain-vind (1)Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enib.

Əvvəlcədən xəbər verildiyi kimi aprelin 22-də ölkə ərazisində havaşəraiti dəyişib, şimşək çaxıb, əksər rayonlarda yağış yağıb, dağlıq rayonlarda qara keçib. Düşən yağıntının miqdarı 1-9 mm təşkil edir. Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol