Menu

Bəşər Əsəd ailəsini İrana göndərməkdən imtina edib

23.04.2016, 19:37
Bəşər Əsəd ailəsini İrana göndərməkdən imtina edib

Suriya prezidenti Bəşər Əsəd öz ailəsini İrana göndərməkdən imtina edib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Livanın "Al-Mayadin" telekanalı xəbər verir.

Telekanalın məlumatına əsasən, belə bir təkliflə iranlı general Qasım Süleymani çıxış edib.

Generalın sözlərinə görə, Suriya prezidentinin ailəsi daha təhlükəsiz yerdə olduğu halda, o ölkəsini daha rahat idarə edə bilər.

Rəsmi Dəməşq məsələyə hələlik münasibət bildirməyib.

Xatırladaq ki, bundan öncə B. Əsəd dəfələrlə bildirib ki, ölkəsini tərk etmək niyyəytində deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol