Menu

Bakının əsas avtomobil yollarında hərəkət məhdudlaşdırılır

26.04.2016, 10:04

stop-nishaniBu gün Bakının əsas yol və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır və bu, paytaxtın həmin hissələrində sıxlığın yaranmasına səbəb olub. Hərəkətli yolların qismən bağlanması Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə əlaqədar həyata keçirilir.

Məlumata görə, hazırda Heydər Əliyev prospekti (kənar yol), Babək prospekti, Təbriz küçəsi, habelə Zərifə Əliyeva küçəsi (intensiv hərəkət), A.Bakıxanov küçəsi, Afiyəddin Cəlilov küçəsi və Bakı-Sumqayıt şosesində (paytaxta doğru) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol