Menu

"Bakı" komandası Azərbaycan çempionatından kənarlaşdırılıb

26.04.2016, 14:02
"Bakı" komandası Azərbaycan çempionatından kənarlaşdırılıb

"Bakı" klubunun 15 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb. "Report"un məlumatına görə, buna paytaxt təmsilçisinin U-15 Liqasında “Xəzər Lənkəran”la səfər matçında iştirak etməməsi səbəb olub.

AFFA İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət verib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol