Menu

Ermənistanın müdafiə naziri təcili Moskvaya getdi

27.04.2016, 14:56

OhanyanErmənistanın müdafiə naziri Seyran Ohanyan təcili olaraq Moskvaya gedib. APA TV-nin erməni mənbələrinə istinadən yaydığı məlumata görə, Ohanyanın Rusiyaya səfər etməsi onun beynəlxalq təhlükəsizliyə dair 5-ci sammitdə iştirak etməsi ilə əlaqələndirilir. Bununla belə erməni mətbuatı səfərin Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə əlaqəli olduğunu istisna etmir. Seyran Ohanyan Rusiya paytaxtında bir sıra ikitərəfli görüşlər keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol