Menu

"Hacıbala Abutalıbovun oğlu ziyana düşüb" - Meriyadan təkzib

27.04.2016, 16:17
"Hacıbala Abutalıbovun oğlu ziyana düşüb" - Meriyadan təkzib

BŞİH Hacıbala Abutalıbovun oğlu ilə bağlı məlumatlara münasibət bildirib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bəzi KİV-lərdə yer alan "Hacıbala Abutalıbovun oğlu ziyana düşüb" başlıqlı yazıya münasibət bildirib.

"Report"un xəbərinə görə, BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat idarəsinin rəisi Həsən Abdullayev bildirib ki, bu məlumatlar yalan və iftiradır.

Onun sözlərinə görə, 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunan Füzuli və Şəmsi Bədərbəyli küçələrinin arasında - Füzuli küçəsi 82 ünvanında və Azadlıq meydanının altında yerləşən nəhəng yeraltı avtodayanacaqlar Bakı Şəhər İcra Haimiyyətinin balansındadır və onun tabeliyində olan Xüsusi Təyinatlı Avtonəqliyyat müəssisəsi tərəfindən idarə olunur.

Qeyd edək ki, mətbuatda yer alan məlumata görə, BŞİH başçısı Hacıbala Abutalıbovun oğlunun "Müstəqil Spektr" adlı şirkəti var. İddia olunub ki, BŞİH başçısı 2013-cü ildə paytaxtın mərkəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeraltı avtomobil dayanacağını oğlu İsrafil Abutalıbovun şirkətinə icarəyə verib. Həmçinin, qeyd olunub ki, Hökumət Evinin qarşısında, Azadlıq meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağının H.Abutalıbovun oğlunun şirkətinin adına rəsmiləşdirilməsi prosesi başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol