Menu

Şimali Koreya 30 raketi sınaqdan keçirdi

22.03.2014, 11:48
Şimali Koreya 30 raketi sınaqdan keçirdi

KXDR-nın raketləri sınaqdan keçirməsinin Amerika-Cənubi Koreya birgə hərbi təliminə reaksiya olduğu ehtimal edilir

Koreya Xalq Demokratik Respublikası (KXDR) yaxın məsafəli 30 raketi sınağdan keçirib. ANS PRESS-in məlumatına görə, bu gün səhər saatlarında həyata keçirilən sınaq zamanı atılan raketlərin sürəti 60 km-i ötüb.

Cənubi Koreyanın hərbçiləri Şimali Koreyanın yeni raketlərini sınaqdan keçirməsinin bir müddət öncə Amerika-Cənubi Koreya birgə genişmiqyaslı hərbi təliminə reaksiya olduğunu ehtimal edirlər.

Xatırladaq ki, martın 16-da da KXDR-da yaxın məsafəli 25 raket sınaqdan keçirilib. Bu, ABŞ və Cənubi Koreya tərəfindən tənqidlə qarşılanıb. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi səciyyələndirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol