Ukraynanın tərkib hissəsi olan olan Krım yarımadasının "tarixi torpaqlarımız" adlandırılaraq Rusiya tərəfindən ilhaqı 2 gün əvvəl Rusiya Federasiya Şurasının Krımın bu ölkənin tərkibinə daxil edilməsi haqqında müqaviləni ratifikasiya etməsi ilə başa çatdı.
Bunun ardınça Rusiya prezidenti Vladimir Putin sonuncu addımı ataraq Krım və Sevastopolun Rusiyaya birləşməsi haqqında razılığın ratifikasiya edilməsi, onların Rusiyanın tərkibinə daxil olması proseduru barədə qanunu imzalayıb.
Sənədlərin imzalanması Kremlin Yekatrinburq zalında Federasiya Şurası və Dövlət Dumasından dəvət edilən deputatların müşayiəti ilə həyata keçirilib.
Qeyd edək ki, Krımda mart ayının 16-da referendum keçirilib. Referenduma qatılanların 96 faizindən çoxu Rusiyanın tərkibinə qatılmaq barədə sualı müsbət cavablandırıb. Mart 18-də isə müvafiq razılaşma imzalanıb.
Krımda dövlət dili rus, ukrayn və krım-tatar dili olacaq. Krımın Ukrayna ilə sərhəddi Rusiya sərhəddinə çevrilir.
Rusiyada Krımın ilhaqı böyük sevinclə qarşılanıb və "tarixi torpaqları olan" Krımın Rusiyaya qaytarılması ədalətsizliyin aradan qaldırılması kimi qələmə verilib.
Bəs əsl həqiqət necədir - Krım həqiqətənmi tarixi rus torpağıdır?
Aşağıda təqdim etdiyimiz videoda Krımın 3 min illik xəritəsi təqdim olunur və bu suala cavab verilir.


Şərhlər