Menu

Sumqayıt sakini həyat yoldaşını öldürüb

28.04.2016, 14:23
Sumqayıt sakini həyat yoldaşını öldürüb

Sumqayıt şəhərində qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan Elməddin Abışov mənzilində qısqanclıq zəminində arvadı Elnarəyə bıçaqla xəsarət yetirib və o, hadisə yerində ölüb.

E.Abışov polisə gələrək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol