Menu

MSK Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin qeydiyyatını ləğv etdi

21.09.2013, 16:56
MSK Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin qeydiyyatını ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün növbəti iclası keçirilib. APA-nın məlumatına görə, MSK-nın sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 19 sentyabr 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.

Daha sonra komissiyanın katibi Arifə Muxtarova prezidentliyə namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli tərəfindən MSK-ya təyin olunan məşvərətçi səs hüquqlu üzvü təsdiq edilməsi ilə bağlı məlumat verib və səsə qoyularaq təsdiq olunub.

Sonra isə onun 102 nəfər səlahiyyətli nümayəndələri qeydə alınıb. Ardınca komissiya C.Həsənlinin müraciəti əsasında səlahiyyətli nümayəndəsi Həsən Şakir oğlu Şıxəliyevin qeydiyyatını ləğv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol