Bu gün Bakı şəhəri, Suraxanı rayonunda dənizə rezin qayıqla balıq tutmaq məqsədilə çıxmış və qayığın çevrilməsi nəticəsində batmış Namiş Nəzərovun cəsədi tapılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazidə batmış 1984-cü il təvəllüdlü N. Nəzərovun cəsədi FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:45-də başa çatıb.
* * *
Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal FHN-nin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub.
Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Şərhlər