Menu

Bakıda tapılan ayı balası klinikaya göndərildi

30.04.2016, 12:48
Bakıda tapılan ayı balası klinikaya göndərildi

Bakının Suraxanı rayonunda, “BakuBus” avtobuslarının saxlanıldığı yerin yaxınlığında tapılan ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.

Bu barədə "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, ayı balası Altıağac milli parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.

"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə, yəni meşəyə buraxılacaq", - İ.İbrahimova qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol