Menu

Bakıda mağaza sahibi özünü asdı - Borca görə

30.04.2016, 14:39

intihar_fikirlesir_359672862Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Xalıqov Əmirhüseyn Balahüseyn oğlu tikintisi hələ başa çatmamış evində özünü asaraq intihar edib. Məlumata görə, Ə. Xalıqov Maştağada fəaliyyət göstərən yem mağazasının sahibi olub. Onun xeyli miqdarda borcunun olduğu və bu səbəbdən də intihar etdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol