Türkiyə Hərbi-Hava Qüvvələri Şimali İraqda əməliyyat keçirib. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, 18 təyyarənin iştirakı ilə keçirilən əməliyyat zamanı Kandil, Hakkurk və Avaşin bölgələrində terrorçulara aid sığınacaq və düşərgələrə zərbələr endirilib. Hədəflər tam dəqiqliklə məhv edilib.
Türkiyənin Şırnak vilayətinin Güneyçam rayonunda da PKK terror təşkilatının mövqelərinə hücum həyata keçirilib.


Şərhlər