AzPolitika.info xarici mənbələrə istinadla xəbər verir ki, Marsel şəhərində (Fransa) xeyli maraqlı və nadir hadisə baş verib. Burada yaşayan müsəlmanlar şəhərin mərkəzi hissəsində yerləşən sinaqoqu satın alıblar. Sövdənin məbləği isə 400 min avro təşkil edir.
«İnterfaks»ın məlumatına görə, yeni mülkiyyətçilər sinaqoq binasını məscidə çevirmək niyyətindədirlər.
Sövdənin baş tutması onunla izah olunur ki, yəhudi icmasının üzvləri bir neçə il bundan əvvəl Marselin mərkəzindən şəhər ətrafına köçüb və bu səbədən də sinaqoq istifadəsiz qalıb.


Şərhlər