Xarici KİV-in yaydığı məlumata görə, voleybol üzrə Rusiya yığma komandasının üzvü Tatyana Koşelyova türk klubuna keçmək barədə düşünür («Exo Moskvı»).
Voleybol xəbərləri üzrə ixtisaslaşmış «Worldofvolley» nəşrinin məlumatına görə, mümkündür ki, 2010-cu il dünya çempionu və iki dəfə Avropa çempionu öz karyerasını İstanbulun «Əczaçıbaşı» komandasında davam etdirsin. Bundan əvvəl Tatyana Koşelyova Krasnodarın «Dinamo» komandasında çıxış edib.
Bu həmin Koşelyovadır ki, Avropa kuboku üzrə «Qalatasaray»la ilk final oyunundan sonra bəyan etmişdi ki, türk fanatları özlərini qeyri-adekvat aparıblar, komandanın baş məşqçisi isə onlara qeyri-etik jest nümayiş etdirib.
AzPolitika.info


Şərhlər