Türkiyə hökuməti hesab edir ki, Qaziantepdə polis məntəqəsi yaxınlığındakı terror aktını “İraq Şam İslam Dövləti” terror təşkilatının üzvləri törədiblər. Musavat.com xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.
Polis ehtimal olunan terrorçunun atasını saxlayıb və onun günahkar olub-olmadığını müəyyənləşdirmək məqsədilə DNT ekspertizası keçirmək niyyətindədir.
Qeyd edək ki, Qaziantep şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində 2 polis əməkdaşı şəhid olub, daha 23 nəfər isə yaralanıb.


Şərhlər