Menu

“Qarabağ” Azərbaycan çempionu oldu

01.05.2016, 21:15
“Qarabağ” Azərbaycan çempionu oldu

Bu gün Topaz Premyer Liqasında XXXII tura yekun vurulub. Musavat.com xəbər verir ki, günün və turun son oyununda Azərbaycan çempionunun adına aydınlıq gəlib.

Zirədə keçirilən matçda “Qarabağ” meydan sahiblərinə qalib gəlib və ardıcıl 3-cü dəfə birinciliyi zirvədə bitirməyi təmin edib. Qarşılaşma “Qarabağ”ın 0:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, bu oyunda əldə olunan 3 xal ağdamlıları əlçatmaz edib.

“Qarabağ” bu oyun da daxil olmaqla ardıcıl 9 qarşılaşmadır ki, xal itkisinə üzülmür. Üstəlik, Qurban Qurbanovun yetirmələri son 13 qarşılaşmada rəqib qapıçıları məyus etməyi bacarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol