Menu

Yaponiyanın baş naziri Rusiya ilə dialoq əzmindədir - Ərazi məsələləri barədə

01.05.2016, 21:35
Yaponiyanın baş naziri Rusiya ilə dialoq əzmindədir - Ərazi məsələləri barədə

Xarici KİV-in məlumatına görə, Yaponiyanın baş naziri Sindzo Abe ərazi mübahisəsini həll etmək və sülh müqaviləsi imzalamaq istiqamətində Rusiya tərəfi ilə danışıqları davam etdirmək əzmindədir. Bu barədə hökumət başçısı Avropaya səfəri ərəfəsində yaponiyalı jurnalistlərə bəyan edib. Məlumata görə, səfər çərçivəsində baş nazir Rusiyaya da baş çəkəcək (TASS).

«Baza siyasətinə (canatma) əsaslanaraq 4 adanın (Cənubi Kuril) kimə məxsusluğu probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində mən ciddi-cəhdlə danışıqları davam etdirmək və problemi həll etmək istəyirəm» - deyə, «Kiodo» agentliyi hökumət başçısından sitat gətirir.

«Yeddilər»in sammiti ərəfəsində Abe Avropaya səfəri çərçivəsində İtaliyaya, Fransaya, Belçikaya, Almaniyaya və Böyük Britaniyaya baş çəkmək fikrindədir. Onun sözlərinə görə, Avropa liderləri ilə onun müzakirə edəcəyi ən böyük mövzu dünya iqtisadiyyatının vəziyyəti və baş verən qlobal proseslərə reaksiya məsələləri olacaq.

Mayın 6-da Abe Soçiyə gedəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Yaponiya Baş nazirinin Avropa turnesi mayın 7-ə qədər davam edəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol