Menu

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı

02.05.2016, 13:34
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı

Mayın 1-dək Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il mayın 1-dək 73.095.369,76 AZN, 212.373,88 ABŞ dolları, 2993,69 avro və 5000 rubl vəsait daxil olub.

Aprel ayı müddətində Fonda 1 566 126 AZN, 582 ABŞ dolları, 300 avro, 5000 rubl vəsait köçürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol