Menu

AZAL Gürcüstan bazarının 3%-ə nəzarət edir

03.05.2016, 16:14
AZAL Gürcüstan bazarının 3%-ə nəzarət edir

 "Turkish Airlines" Gürcüstanın bazarının mütləq lideridir.

"APA-Economics" xəbər verir ki, cari ilin I rübünün yekunlarına əsasən, Türkiyənin aviadaşıyıcısı Gürcüstanda hava nəqliyyatı ilə sərnişin daşınmasının 21%-ə nəzarət edir.

İkinci yerdə 13%-lə Ukraynanın "FlyUIA" aviaşirkəti qərarlaşıb.

Maraqlıdır ki, Gürcüstanın "Georgian Airways" bazarda 9%-lik paya malikdir.

İlk beşlikdə Türkiyənin iki şirkəti yer almağı bacarıb. Belə ki, aşağı büdcəli "Pegasus Airlines" bazarın 8%-ə nəzarət edir.

Beşinci yerdə 7%-lə Rusiyanın "S7" aviaşirkəti qərarlaşıb.

Onu da qeyd edək ki, AZAL-ın Gürcüstan bazarındakı payı 3%-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol