Gürcüstan hökuməti bildirir ki, eks-prezidenti Mixail Saakaşvili prokurorluğun çağırışına məhəl qoymazsa onun adı axtarışda olanlar siyahısına əlavə ediləcək.
Mixail Saakaşvili 2005-ci ildə ölən baş nazir və digər məsələlərdə dindirilmək üçün Gürcüstan prokurorluğuna çağrılıb. Eks-prezident isə Gürcüstana qayıtmayacağını deyib.
Hollandiyadan Gürcüstanın Rustavi 2 telekanalına danışan keçmiş prezident bildirib ki, ona dindirilmə üçün gələn çağırışa əməl etməyəcək.
Mixail Saakaşvili 2-ci müddətə prezidentliyi başa çatandan sonra Gürcüstanı tərk edib.
Prokurorluq Saakaşvilinin müttəfiqlərinə qarşı bir neçə ittiham irəli sürüb.
Onun tərəfdarları siyasi qisas qismində cinayət törətməkdə təqsirləndirilir.
ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı öz narahatlığını ifadə edən bəyanat yayıb.
Departamentin sözçüsü Marie Harf bildirir ki, Gürcüstan hökümətinin bu davranışı siyasi qisas haqqında narahatlıqları artırır.(azadliq.org)


Şərhlər