Menu

Əhməd Davudoğlu istefa verir? - AKP-nin növbədənkənar qurultayı keçiriləcək

05.05.2016, 00:00

ahmet_davutoglu_turkey_171215Bu ay Türkiyənin hakim partiyası AKP-nin növbədənkənar qurultayı keçiriləcək.Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün prezident Ərdoğanla görüşən baş nazir Əhməd Davudoğlunun bu barədə sabah açıqlama verəcəyi bildirilir.

Partiyanın may ayında qurultaya gedəcəyi ifadə edilir. Kulislərdə baş nazir Əhməd Davudoğlunun namizəd olmayacağı deyilir.

Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər.

NTV telekanalının məlumatına görə, qurultayın keçirilməsinin dəqiq vaxtı sabah bəlli olacaq. Baş nazir Əhməd Davudoğlunun partiya sədrliyinə namizədliyini verməyəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol