Menu

Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq - Saziş təsdiqləndi

06.05.2016, 12:36

3b4ef-milli-meclis-0117Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-ın xəbərinə görə, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Həsənov məlumat verib. Daha sonra Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış sazişi təsdiqləyib.

Beləliklə, artıq Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol