Menu

Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub edib - VİDEO

06.05.2016, 12:40
Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub edib - VİDEO

Növbəti rəqib belaruslu Pavel Lyax olacaq

Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turnirinə qələbə ilə başlayıb. "Report"un məlumatına görə, dünya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi ilk görüşündə xorvatiyalı Dominik Etlingeri 19 saniyəyə məğlub edib.

Görüşün əvvəlindəcə o, rəqibinin kürəyini döşəyə sıxaraq, təmiz qələbə qazanıb.

Çunayevin 1/8 finaldakı rəqibi belaruslu Pavel Lyax olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün finala vəsiqə əldə etmək lazımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol