Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər ediblər
"Erməni silahlı birləşmələri dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar". "Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.
İcra başısı vurğulayıb ki, ermənilər həmçinin əkinlə məşqul olan sakinləri atəşə tutur və su anbarlarından gələn suvarma sularının qarşısını kəsirlər: "Tərtər rayonunda kənd təsərrüfatı ilə geniş yayılıb və əhalinin böyük hissəsinin dolanışıq yeri kənd təsərrüfatı sahəsidir. Rayonda 31 600 hektar ərazi əkinə yararlıdır. Ötən əsrin 70-ci illərində Sərsəng və Madagiz su anbarları da məhz Tərtər və digər rayonların əkin sahələrinin suvarılması məqsədi ilə tikilib. Bu su nabarları vasitəsi ilə Tərtər rayonun əkin sahələri suvarılırdı. Ermənilər mütəmadi olaraq əksin sahələrinin suvarılması vaxtı bu su anbarların qarşısını kəsirlər. Buna görədə 90-cı ilin əvvəllərində məhsuldarlıq 40-42 sentner idisə, hazırda bu göstərici 13-14 sentnerdir".
Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri cəbhə xəttinə səfəri çərçivəsində Tərtərin Qapanlı kəndində olublar. Nümayəndələr Erməni silahlı birləşmələrinin rayonun cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından və iri çaplı silahlardan atəşə tutması nəticəsində ziyan dəyən evlərə baxış keçiriblər.
[gallery columns="5" size="full" ids="213793,213794,213795,213796,213797,213798,213799,213800,213801,213802"]


Şərhlər