Menu

Şəhid olan hərbçinin medalı anasına təqdim olundu - FOTOLAR

06.05.2016, 15:44
Şəhid olan hərbçinin medalı anasına təqdim olundu - FOTOLAR

Cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçu Elmir Sərxan oğlu Zeynalov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

"Report"un məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Goranboy rayonunun Əhmədabad kəndində medalın təqdimat mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin (MN), Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

Ailənin tək oğul övladı olan şəhidin medalı anasına təqdim olunub.

Xatırladaq ki, 1994-cu il təvəllüdlü Elmir Zeynalov fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olub.

[gallery columns="5" size="full" ids="213895,213896,213897,213898,213899"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol