Menu

İstanbulda Azərbaycan təyyarəsinin təkərləri alışıb

25.03.2014, 10:28
İstanbulda Azərbaycan təyyarəsinin təkərləri alışıb

İstanbulun Atatürk Hava Limanında Azərbaycan Hava Yollarına məxsus təyyarənin təkərləri alışıb.

APA-nın Türkiyənin Doğan Xəbər Agentliyinə (DHA) istinadən verdiyi xəbərə görə, hava limanındakı dayancaqda dayanmış sərnişin təyyarəsinin təkəri yanıb.

Məlumata görə, Bakı-İstanbul reysini həyata keçirən Boeing 757-200 tipli sərnişin təyyarəsi hava limanına eniş edib, dayanacaqda dayanıb. Sərnişinlər təhlükəszi halda təyyarəni tərk ediblər. Amma bu zaman təyyarənin sağ arxa eniş təkərləri birdən-birə alışıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər dərhal yanğının qarşısını alıblar. Təyyarənin digər hissələri yanğından mühafizə olunub.

Təyyarə təmir edildikdən sonra yenidən İstanbul-Bakı reysini uğurla həyata keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol