Menu

Məhkəmə “Veysəloğlu” şirkətindən şikayət üzrə qərarı elan edib

07.05.2016, 11:30

mehkeme-cekic-hokmBakı Apellyasiya Məhkəməsində “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Veysəloğlu-Yaycılı-Qardaşlar” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qismən ləğv olunub, ləğv olunan hissədə iddia qismən təmin edilib.

Qeyd edək ki, “Gəncə-Qənnadı” ASC “Veysəloğlu-Yaycılı-Qardaşlar” MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC əmtəə nişanından cavabdehin istifadə etməsinin qanunsuz hesab edilməsi, əmtəə nişanından qanunsuz istifadə nəticəsində vurulmuş zərərin ödənilməsi, “Çinar” adlı şokolad konfetlərinin ticarət dövriyyəsindən çıxarılması və istifadə olunana material və avadanlıqların məhv edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib. Lakin qərardan narazı qalan həm “Gəncə-Qənnadı” ASC, həm də “Veysəloğlu-Yaycılı-Qardaşlar” MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Üçüncü şəxslər qismində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol