Menu

Belarus georgi lentlərindən imtina etdi

07.05.2016, 12:18
Belarus georgi lentlərindən imtina etdi

“Biz dövlət orqanlarının tələbinin yerinə yetirilməsini xahiş edirik”.

Belarus hakimiyyəti 9 May ərəfəsində ölkə vətəndaşlarına bayram tədbirlərində Rusiyada Qələbə gününün rəmzi olan georgi lentindən istifadə etməməyə çağırıb. Oxu.az xəbər verir ki, bu barədə “Moskvski komsomolets” sosial şəbəkə istifadəçilərinə və müxtəlif vətənpərvərlik aksiyalarının təşkilatçılarına istinadən məlumat yayıb.

Belə ki, “VKontakte”də Bobruyskda “Qələbəyə görə babama minnətdaram” avtomobil yarışına həsr edilmiş qrupunda, təşkilatçılar iştirak üçün əsas şərtlərdən biri kimi georgi lentinin və Rusiya rəmzlərinin istifadə edilməməsini göstərib.

Daha sonra şərhlərdə, bunun şəhər administrasiyasının tələbi olduğu bildirilir:

“Heç kim Rusiya rəmzlərinə və georgi lentinə qarşı deyil, biz sadəcə dövlət orqanlarının tələbinin yerinə yetirilməsini xahiş edirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol