Menu

Avropanın 4 ölkəsi Moskvadakı parada getməkdən imtina etdi

07.05.2016, 13:24
Avropanın 4 ölkəsi Moskvadakı parada getməkdən imtina etdi

Avropanın 4 ölkəsi Moskvadakı 9 may paradına getməkdən imtina edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa, Çexiya, Slovakiya və Litvanın nümayəndə heyətləri Qələbə Günü Rusiya paytaxtında təşkil olunan paradda iştirak etməyəcək.

Çexiya, Slovakiya və Polşa müdafiə nazirliklərindən bildiriblər ki, bütün təntənəli mərasimlər öz ölkələrində keçiriləcək.

Litvanın Xarici İşlər Nazirliyi isə iştirakdan imtinanı Rusiyanın Ukraynaya aqressiyası ilə əlaqələndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol