Rusiya KİV-nin məlumatına görə, Rusiya Koreya Xalq Demokratik Respublikası (KXDR) maliyyə münasibətlərini dondurmağa hazırlaşır (TASS).
Maliyyə münasibətlərini praktik olaraq tamamilə dondurmağı nəzərdə tutan əmr layihəsi Birləşmiş Millətlər Təşkilatı Təşlükəsizlik Şurasının ( BMT TŞ) müvafiq bəyannaməsinə uyğun olaralaq hazırlanıb.
Layihədə deyilir: «KXDR Bankının Rusya Federasiyası ərazisindəki törəmə müəssisələrinin, filiallarının və ya nümayəndəliklərinin, KXDR bankı ilə birgə müəssisələrin bağlanması, KXDR bankı ilə pay iştirakının, KXDR bankı ilə müxbir münasibətlərinin 2 mart 2016 il tarixdən (BMT TŞ tərəfindən 2270 saylı bəyannamənin qəbulu tarixi) başlayaraq, qadağan ediməsi üçün 90 gün ərzində lazımi tədbirlər görülsün».
Bundan başqa, layihədə nəzərdə tutulur ki, əgər Rusiya tərəfdə həmin maliyyə xidmətlərinin KXDR-nın nüvə proqramının və ya ballistik raket proqramının həyata keçirilməsinə yardımçı olması barədə ağılabatan əsaslar verən informasiya olarasa, 90 gün ərzində KXDR bankının mövcud nümayəndəliklərinin və bank hesablarının bağlanması üçün bütün tədbirlər görülsün.
AzPolitika.info


Şərhlər