Menu

Rusiya Ermənistanın Qarabağı tanımasını gözləyir - Səfirlikdən sensasion açıqlama

09.05.2016, 12:47
Rusiya Ermənistanın Qarabağı tanımasını gözləyir - Səfirlikdən sensasion açıqlama

"Ermənistan Qarabağı tanıyıb? Ermənistan tanımayanadək, Rusiya Qarabağa silah sata bilməz".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Yerevandakı səfirliyinin ikinci katibi uyğun suala cavab verərkən, jurnalistlərə "kameraları söndürün" xahişini etdikdən sonra söyləyib.

İnformasiyaya əsasən, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Yerevanda "Qələbə" parkında olub. Jurnalistlər ondan "Rusiya Azərbaycana niyə silah satır", - deyə, soruşublar. Səfir suala cavab olaraq, deyib ki, ölkəsi Ermənistana da silah satır.

Səfiri müşayiət edən ikinci katib media nümayəndələrinə "mikrofonları söndürün" söylədikdən sonra bildirib: "Ermənistan Qarabağı tanıyıb? Ermənistan tanımayanadək, Rusiya Qarabağa silah sata bilməz".

Qeyd edək ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda bölgəsindəki erməni silahlıları Rusiya istehsalı olan silah-sursatdan istifadə edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol