Menu

Azərbaycanın şəhid zabiti torpağa tapşırılıb

09.05.2016, 13:38

esger_sehid_01111Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin zabit və əsgər yoldaşları, doğmaları ilə yanaşı rayon ictimaiyyəti də iştirak ediblər

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, kapitan Nəcməddin Savalanov bu gün İmişli rayonunda torpağa tapşırılıb.

“Report” xəbər verir ki, şəhid zabitimizin doğulduğu Göbəktala kəndində dəfn mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhidin zabit və əsgər yoldaşları, doğmaları ilə yanaşı rayon ictimaiyyəti də iştirak ediblər.

Şəhid zabitimizin ruhuna dualar oxunub. Sonra şəhid zabit əsgərlərin yaylım atəşləri altında doğulduğu Göbəktala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid zabitimizin iki övladı yadigar qalıb.

Qeyd edək ki, Nəcməddin Akif oğlu Savalanov bu il aprelin 4-də Tərtər istiqamətində işğalçı ermənilərə qarşı döyüş əməliyyatları zamanı ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq 31 yaşlı kapitan mayın 8-də Silahlı Qüvvələrin Baş Hərbi Hospitalında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol