Menu

AFFA "Qəbələ" klubunu cəzalandırıb

10.05.2016, 12:47

affa-loqoAzarkeşlərin meydana kənar əşya atması kluba 2000 manata başa gəlib

AFFA-nın İntizam Komitəsi "Qəbələ" klubunu 4000 manat cərimələyib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, klub "Neftçi" ilə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab görüşündə komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat, oyunun 113-cü dəqiqəsində meydana kənar əşya atıldığı üçün 2000 manat ziyana düşüb.

Daha 1000 manat cərimə isə Azərbaycan Premyer Liqasının XXXIII turunda "qırmızı-qaralar"ın "Zirə" ilə səfər oyununda 6 futbolçusunun "sarı" alması səbəbindən verilib.

Kubok qarşılaşmasında "Neftçi" də 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ödəyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol