Menu

Rusiyada birja və rubl düşür

10.05.2016, 13:40
Rusiyada birja və rubl düşür

Rusiyada birja, neft qiymətlərində dünənki sərt enişin ardından 9 May Qələbə Bayramından sonra həftənin ilk iş gününə aşağı düşməklə başlayıb.

Brent neftin barrel qiymətinin dünən 4% aşağı düşməsinin təsiri ilə Rusiya rublu dollar və avro qarşısında dəyər itirib. Dollar/rubl məzənnəsi 66,5, Avro/rubl məzənnəsi də 75,8 səviyyəsinə qədər qalxıb.

Moskva Birjası (MICEX) indeksi, günün ilk yarısında 0,06% dəyər itirərək 1.900 bəndə düşüb, RTS indeksi də 1%-dən çox azalaraq 901,79 bəndə qədər geriləyib.

Analitiklər neftin qiymətinin aşağı düşməsi ilə bərabər, dollar indeksində möhkəmlənmənin də Rus rublu üzərində təzyiq yaratdığını ifadə edirlər.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol