Menu

“İŞİD liderlərindən daha birini öldürdük” - Pentaqon rəsmisi

11.05.2016, 00:46

isid1_254Pentaqon İraqın Anbar vilayətində İŞİD-in rəhbər şəxslərindən daha birini hava hücumları zamanı öldürdüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, Pentaqon sözçüsü Pitr Kuk mayın 6-da vurulan avtomobildə İŞİD-in lider komandasından Əbu Vahibin yanındakı digər üç nəfərlə birlikdə öldürüldüyünü bildirib.

Amerikalı sözçü deyib: “Bu vaxtlarda İraq və Suriyada İŞİD lideri olmaq təhlükəlidir”.

Qeyd edək ki, Əbu Vahibin əvvəllər də dəfələrlə öldürüldüyü açıqlansa da, daha sonra sağ olduğu anlaşılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol