Menu

Cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə güzəşt olunacaq

11.05.2016, 10:59
Cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə güzəşt olunacaq

Aprel ayıında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdiyi təxribatlar zamanı Ağdam rayonunda ziyan dəymiş orta məktəöb binaları yenidıən bərpa olunur. Bunu "Report"un Qarabağ bürosunun müxbirinə Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanov bildirib.

O qeyd edib ki, dağılan məktəblərdə dərslər dayandırılıb: "Ermənilərin ağır artilleriya qurğularından atdığı mərmilər rayonun dörd orta məktəb binasına ciddi ziyan vurub. Rayonun Sarıcalı, Ayaq Qərvənd kənd orta məktəbləri tamami ilə dağılıb, digər iki məktəb binası isə qəzalı vəziyyətə düşüb. Məktəblərin daha çox dam örtüyünə ziyan dəyib. Hazırda həmin məktəblərdə dərslər dayandırılıb, şagirdlərin bir hissəsi digər kənd orta məktəblərinə köçürülüb".

Təhsil Şöbəsinin müdiri əlavə edib ki, cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə buraxılış imtahanlarında güzəşt edilməsi nəzərdə tutulub: "Buraxılış imtahanları zamanı 9-10-cu sinif şagirdlərinə güzəşt olacaq. Həmin şagirdlərin buraxılış imtahanları onların ilk qiymətləri əsasında yazılacaq. Artıq bununla bağlı Təhsil Nazirliyinə müraciət olunub".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol