Menu

İŞİD bazarı partlatdı, ölənlər var

11.05.2016, 16:12
İŞİD bazarı partlatdı, ölənlər var

Bağdadda bazarda baş verən terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, terror hadisəsi paytaxtın Sadr məhəlləsində törədilib.

Ərazidə yaşayanların böyük əksəriyyəti şiələr olub. Bazarın yaxınlığındakı gözəllik mərkəzinin yanında bomba yüklü maşın partladılıb.

Bu, son aylarda İraqda törədilən ən böyük terror aktıdır. İraqlı rəsmilər ölənlərin çoxunun qadın və uşaq olduğunu bildiriblər.

Bağdadda partladılan maşın

Saat 13:58

İraqın paytaxtı Bağdadda ağır terror hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Bağdadın Sadr səmtində bazarlardan birində baş verən qanlı hadisə zamanı 64 nəfər həlak olub. 87 nəfərin ağır yaralandığı terror hadisəsi bomba quraşdırılmış maşının partladılması nəticəsində baş verib.

Səhər saatlarında insanların kütləvi axın etdiyi bazarda partlayışın hansı terror qruplaşması tərəfindən törədildiyi məlum deyil.

Son zamanlar İŞİD terrorçuları şiələrin yaşadığı Sadr bölgəsində bənzər hücumlar təşkil edir.

Terror hadisəsi baş verən bazar

Terror hadisəsi baş verən bazar

Ötən gün İraqın şərqində yerləşən Baakuba şəhərində avtomobil partladılıb. Partlayış nəticəsində 16 nəfər həlak olub. Daha 54 şəxs isə ağır yaralanıb. Hadisə qurbanlarının əksəriyyəti azyaşlı uşaqlar olub.

Partlayışla bağlı məsuliyyəti  İŞİD  terror qruplaşması öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol