Menu

Şimali Koreyada bayram paradı - FOTOLAR

11.05.2016, 18:55
Şimali Koreyada bayram paradı - FOTOLAR

Şimali Koreyada 36 ildən sonra ilk dəfə keçirilən Fəhlə Partiyasının qurultayı başa çatıb.

4 gün çəkən qurultay zamanı nümayəndələr 33 yaşlı Kim Çen Inı partiya sədri elan edib.

Yeddinci dəfə baş tutan qurultayın sona çatmasının ardından paytaxt Pxenyanda Kim İl Sunqun adını daşıyan meydanda parad keçirilib.

Parada çox sayda Şimali Koreya vətəndaşı, diplomatlar və hərbçilər qatılıb.

Yüz minlərlə insanın iştirak etdiyi paradda məşəlləri daşıyan Şimali koreyalılar Kim Çen Inın Fəhlə Partiyasının lider olmasını qeyd ediblər. Havaya atılan yüzlərlə fişəng Pxenyanın səmasını işıqlandırıb.

Təntənəli bayram tədbirində iştirakçılar Şimali Koreya lideri Kim Çen Inın və Şimali Koreyanın yaradıcısı Kim İl Sunqun fotolarını daşıyıb.

"AzPolitika" paraddan fotoları təqdim edir:

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="5" size="full" ids="215396,215397,215398,215399,215400,215401,215403,215404,215405,215406,215407,215408,215409,215410,215411,215412,215413,215414,215415,215416,215417,215418,215419,215420,215421,215422,215424,215425,215426,215427,215428,215429,215430,215431,215432"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol