Menu

Dünyanın ən varlı futbolçuları - SİYAHI

11.05.2016, 23:39
Dünyanın ən varlı futbolçuları - SİYAHI

"Forbes" jurnalı 2015-ci ildə dünyanın ən çox qazanan futbolçularının siyahısını açıqlayıb.

APA-nın məlumatına görə, siyahıya ötən iki il olduğu kimi Kriştianu Ronaldu (“Real” Madrid) başçılıq edir.

Onun illik gəliri 82 milyon dollardır.

İkinci yerdə Lionel Messi (“Barselona”, 77 mln), üçüncüdə isə Zlatan İbrahimoviç (PSJ, 37 mln) qərarlaşıb.

İlk onluqda həmçinin Neymar (“Barselona”), Qaret Beyl (“Real” Madrid), Ueyn Runi (“Mançester Yunayted”), Serxio Aquero (“Mançester Siti”), Luis Suares (“Barselona”), Eden Azar (“Çelsi”) və Sesk Fabreqas (“Çelsi”) yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol